AÇG-dən bu il 9,5 mln. ton neft hasil edilib

AÇG-dən bu il 9,5 mln. ton neft hasil edilib
# 25 iyun 2021 13:03 (UTC +04:00)

Operativ məlumatlara əsasən, bu ilin yanvar-may aylarında Azərbaycanda 14,3 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 918,7 min ton az olub.

Məlumata görə, respublika üzrə neft hasilatının 9,5 mln. tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun, 1,6 mln. tonu (kondensat) "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

"SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,2 mln. ton təşkil edib", - məlumatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR