AÇG və "Şahdəniz"dən indiyədək 570 mln. tona yaxın neft hasil edilib

AÇG və "Şahdəniz"dən indiyədək 570 mln. tona yaxın neft hasil edilib
# 24 avqust 2021 10:37 (UTC +04:00)

“Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları bloku və “Şahdəniz” qaz-kondensat yatağından yataqları istismara veriləndən 2021-ci il avqustun 1-dək 569 mln. tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 537 mln. tondan çox neft, “Şahdəniz”dən isə təqribən 32 mln. tondan çox kondensat çıxarılıb.

Məlumata görə, AÇG və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 avqust tarixinədək təqribən 569 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR