AEBA: İran zənginləşdirilmiş uran ehtiyatlarını kəskin artırıb   

AEBA: İran zənginləşdirilmiş uran ehtiyatlarını kəskin artırıb   
# 08 sentyabr 2021 09:41 (UTC +04:00)

İran son üç ay ərzində 60%-dək zənginləşdirilmiş uran ehtiyatlarını təxminən 4 dəfə artıraraq 2,4 kq-dan 10 kq-a çatdırıb.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İran üzrə rüblük hesabatında deyilir.

"İranın ehtiyatlarına təxminən 10 kq 60% saflığadək zənginləşdirilmiş uran daxıldır", - hesabatda qeyd edilir.

Bununla yanaşı, İranın 20%-dək zənginləşdirilmiş uran ehtiyatını 63 kq-dan 84 kq-a qədər artırdığı da bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR