Aİ-də 18 aya qazın qiyməti 13 dəfə artıb

Aİ-də 18 aya qazın qiyməti 13 dəfə artıb
# 11 noyabr 2021 16:37 (UTC +04:00)

Avropa İttifaqında (Aİ) təbii qazın qiyməti 2020-ci ilin aprelindən 2021-ci ilin oktyabrınadək bir MVt-saat üçün (enerji ekvivalentində – red.) 7 avrodan 90 avroya yüksəlib, bu da 13 dəfə artım deməkdir.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Komissiyasının iqtisadiyyat üzrə payız proqnozunda deyilir.

Məlumata görə, hesabat dövründə Aİ-də elektrik enerjisinin qiyməti 7,5 dəfə artaraq bir MVt-saat üçün 20 avrodan 150 avroyadək yüksəlib.

Avropa Komissiyası 2022-ci ilin yazı üçün Aİ-də qazın qiymətinin bir MVt-saat üçün 50 avroya enəcəyini ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR