Aİ-də ilk dəfə bərpa olunan mənbələrdən alınan enerji ənənəvi istehsalı üstələyib

Aİ-də ilk dəfə bərpa olunan mənbələrdən alınan enerji ənənəvi istehsalı üstələyib
# 29 iyun 2021 17:25 (UTC +04:00)

Avropa İttifaqında (Aİ) bərpa olunan elektrik enerjisi istehsalı ilk dəfə olaraq ənənəvi mənbələrdən (kömür, neft, təbii qaz) əldə olunan enerjinin həcmini üstələyib.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Statistika Agentliyinin 2020-ci ilə dair dərc etdiyi hesabatda deyilir.

Qeyd olunub ki, keçən il bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı 1 052 582 QVt-a qədər artıb, bu da ənənəvi mənbələrdən əldə edilən elektrik enerjisinin həcmindən 29 994 QVt çoxdur. 2019-cu ildə bu göstərici 979,866 QVT, 1990-cı ildə isə 303,279 QVt olub.

Keçən il Aİ-də ənənəvi mənbələrdən elektrik enerjisinin istehsalı 9,8% azalaraq son 30 ilin ən aşağı həddinə çatıb: 2019-cu ildə 1 133 402 QVt-ssatdan 2020-ci ildə 1 022 589 QVt-saatadək. 1990-cı ildə bu göstərici 1 226 156 QVt-saat, 2007-ci ildə isə 1 584 005 QVt-saata bərabər olub.

Neft və neft məhsullarının istifadəsindən kəskin uzaqlaşma və təbii qazdan istifadənin orta dərəcədə azalması əvvəlki illərin tendensiyası ilə kəskin şəkildə ziddiyyət təşkil edir. 2020-ci il üçün olan ilkin məlumatlar neft və neft məhsullarının istifadəsinin 2019-cu illə müqayisədə 12,9% azaldığını göstərir. Eyni göstərici 2005-ci ilin analoji göstəricisi ilə müqayisədə 23,1% azalıb. Təbii qazda 2019-cu illə müqayisədə azalma 2,6%, 2005-ci illə müqayisədə isə 8,9% olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR