Aİ enerji bazarında bütün təchizat variantlarını araşdırır

Aİ enerji bazarında bütün təchizat variantlarını araşdırır
# 06 oktyabr 2021 16:41 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) ölkələri təbii qazın birgə alışını müzakirə edir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski deyib.

Onun sözlərinə görə, birgə qaz alışları o mənada yaxşı olardı ki, bir neçə iri oyunçu (Avropada 20-dən çox) birləşsin, o zaman spot bazarlarda (real sövdələşmə bazarı) qiymət daha aşağı səviyyədə qərarlaşardı.

Qaz böhranı dövründə Aİ ən yaxşı variantları tapmaq üçün beynəlxalq enerji bazarında bütün imkanları araşdırır. Bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant deyib.

Onun sözlərinə görə, hələlik Aİ beynəlxalq tərəfdaşlarla razılaşmalara yenidən baxıb-baxmayacağını və ya müzakirə edib-etməyəcəyini söyləyə bilməz: "Yalnız deyə bilərəm ki, beynəlxalq bazar baxımından ən yaxşı variantları tapmaq üçün bütün tədarük variantlarını araşdırırıq".

Avropa Komissiyasını nümayəndəsi Aİ-nin qaz bazarındakı mövcud vəziyyətdən məsul olanları tapmaqda maraqlı olmadığını, vəziyyəti düzəltmək üçün bir fürsət axtardığını vurğulayıb.

Xatırladaq ki, 6 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 700 dolları ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR