AİB: Enerji səmərəliliyi sərmayə baxımından digər təmiz texnologiyalardan geri qalır

AİB: Enerji səmərəliliyi sərmayə baxımından digər təmiz texnologiyalardan geri qalır
# 02 dekabr 2021 14:42 (UTC +04:00)

“Enerji səmərəliliyinə cari qlobal investisiyalar ildə təxminən 240 mlrd. ABŞ dolları təşkil edir və bərpa olunan enerji sahəsinə qoyulan investisiyalardan xeyli geri qalır”.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu Asiya İnkişaf Bankının baş direktoru Süzan Qabori (Suzanne Gaboury) Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına sədrliyi ilə videokonfrans formatında V Enerji İnvestisiya Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, enerji səmərəliliyinin digər təmiz texnologiyaların tətbiqindən açıq şəkildə geri qaldığını müşahidə olunur.

“Enerji səmərəliliyi yalnız energetika sektorunu əhatə etmir, enerji səmərəliliyinin demək olar ki, iqtisadiyyatın bütün sahələri ilə əlaqəsi var, o cümlədən nəqliyyat, binalar və sənaye də bu sahələrə aiddir. Ona görə də bu prosesdə sərmayələr vacibdir”, - deyə S. Qabori qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR