Belarus Prezidenti Aleksandr Lukaşenko qərb dövlətlərinin müqavimətinə baxmayaraq respublikaya neft tədarükünə görə, Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
“APA-Economics”in “BelTA”-a istinadən verdiyi məlumata görə, bu barədə A. Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Latif Qəndilovla görüşərkən bildirib.
O əmin etdi ki, Azərbaycan Belarusun dəstəyinə güvənə bilər: “Bu yaxınlarda Azərbaycana səfərim zamanı əldə olunan razılaşmaları həyata keçirməyə hazırıq”.
Qeyd olunur ki, 2020-ci ildə Azərbaycan iri Rusiya şirkətləri tərəfindən xammal tədarükünün müvəqqəti dayandırılmasından sonra Belarus üçün əsas alternativ neft tədarükçülərindən biri olub. Bu dövrdə Azərbaycan Belarusa təxminən 1 mln. ton neft tədarük edib, neftin tədarükü bu il də davam etdirilib.