Alternativ enerji ilə bağlı tariflərin formalaşdırılması meyarları hazırlanacaq

Alternativ enerji ilə bağlı tariflərin formalaşdırılması meyarları hazırlanacaq
# 12 iyul 2021 16:28 (UTC +04:00)

Nazirlər Kabineti 9 ay müddətində bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını əks etdirən bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 9 ay müddətində istehsal edilən elektrik enerjisinin güc həddini, habelə aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

Eyni zamanda, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin Əsasnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

Həmin Qanununa uyğun olaraq, Nazirlər Kabineti 9 ay müddətində bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydasını və formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyev “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunu təsdiqləyib. Qanun 5 fəsil, 20 maddədən ibarətdir.

Qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR