"Anglo Asian Mining"in Vejnəli yatağında fəaliyyətinə icazə verilib

"Anglo Asian Mining"in Vejnəli yatağında fəaliyyətinə icazə verilib
# 02 dekabr 2021 17:30 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc"yə Zəngilandakı Vejnəli müqavilə sahəsində işlər aparmağa Azərbaycan hökuməti tərəfindən icazə verilib.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, "Anglo Asian Mining"in baş icraçı direktoru və prezidenti Reza Vəziri də daxil olmaqla şirkət rəhbərliyinin üzvləri dekabrın əvvəlində Vejnəli müqavilə sahəsini, o cümlədən ərazidəki mövcud mədənləri qiymətləndirmək üçün Zəngilana səfər edəcəklər.

Bu, qiymətləndirmə mədənin inkişafının ilk mərhələsi olacaq. Şirkət yaxın gələcəkdə Vejnəlidən filizin kəşfiyyatı və emalına başlamağa ümid edir və qiymətləndirmə başa çatdıqdan sonra səhmdarları yeni informasiya verməyi səbirsizliklə gözləyir.

Xatırladaq ki, 2021-ci ilk yarısında "Anglo Asian Mining"in gəlirləri 43,521 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5% azdır. İlin ilk yarısında şirkət " Azərbaycan hökumətinə 7,5 mln. dollar korporativ vergi (hökumətin şirkətin gəlirinə tətbiq etdiyi vergi) ödəyib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 31,6% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR