Avropa bazarında qaz yenidən bahalaşır

Avropa bazarında qaz yenidən bahalaşır
# 17 sentyabr 2021 11:35 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 797 ABŞ dolları civarında qərarlaşıb.

Bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 17 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti hazırda 797 dollar təşkil edir. 16 sentyabr tarixində hərracların bağlandığı vaxta bu göstərici 764 dollar təşkil edirdi.

Xatırladaq ki, bu həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 950 dollar həddini ötüb, sonradan isə azalmağa doğru gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR