Avropa Komissiyası Aİ-də "yaşıl" enerji islahatlarını sürətləndirməyə çağırıb

Ursula fon der Leyen

© APA | Ursula fon der Leyen

# 07 oktyabr 2021 14:50 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) enerji sahəsində daha müstəqil olmaq üçün iqlim islahatlarını sürətləndirməlidir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

"Enerji sahəsində daha müstəqil olmaq üçün "Yaşıl Saziş"i sürətləndirməliyik", - Ursula fon der Leyen qeyd edib.

Qeyd edək ki, "Yaşıl Saziş" Avropa Komissiyasının Aİ-nın ətraf mühitə daha az mənfi təsir göstərəcək şəkildə yenidən qurulması layihəsidir. Emissiyaların azaldılması və zərərli qazların tutulması və saxlanması üçün texnologiyaların tətbiqi ilə iqlim neytrallığı əldə edilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR