Avropa Komissiyası "Brent" neftinin builki orta qiymət proqnozunu artırıb

Avropa Komissiyası "Brent" neftinin builki orta qiymət proqnozunu artırıb
# 07 iyul 2021 14:30 (UTC +04:00)

Avropa Komissiyasının yay iqtisadi proqnozunda "Brent" markalı neftin cari il üçün orta illik qiyməti əvvəlki yaz proqnozundakı 63,9 ABŞ dollarından 68,7 dollara yüksəldilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında deyilir.

"Azalan ehtiyatlar, "OPEC+" çərçivəsində hasilatın məhdudlaşdırılmasının davam etməsi və bu ilin ikinci yarısında neft olan tələbatda gözlənilən artım fonunda neftin bir barelinin orta qiyməti 2021-ci ildə 68,7 dollar olacağı proqnozlaşdırılır. Qiymətin 2022-ci ildə 68,3 dollar səviyyəsində sabitləşməsi gözlənilir", - açıqlamada deyilir.

Proqnoza əsasən, söhbət "Brent" markalı neftdən gedir.

Xatırladaq ki, yazda Avropa Komissiyası 2021-ci ildə "Brent" neftinin bir barelinin orta illik qiymətinin 63,9 dollar, 2022-ci ildə isə 61,6 dollar olacağını proqnozlaşdırırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR