Avropa Komissiyası "Brent" neftinin qiyməti üzrə proqnozunu kəskin artırıb

Avropa Komissiyası "Brent" neftinin qiyməti üzrə proqnozunu kəskin artırıb
# 11 noyabr 2021 14:30 (UTC +04:00)

Avropa Komissiyası 2021-2022-ci illər üçün "Brent" markalı etalon neftinin orta qiyməti ilə bağlı proqnozunu yüksəldib.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Komissiyasının iqtisadiyyat üzrə payız proqnozunda deyilir.

Proqnoza görə, gələn il "Brent"in bir barelinin ortaillik qiyməti 71,6 ABŞ dolları təşkil edəcək ki, bu da əvvəlki proqnozla (68,7 dollar) müqayisədə 2,9 dollar çoxdur.

Məlumata əsasən, 2022-ci ildə "Brent" markalı neftin bir barelinin qiyməti 78,9 dollar səviyyəsində olacağı ehtimal edilir, bu da əvvəlki proqnozla (68,3 dollar) müqayisədə 10,6 dollar çoxdur.

Proqnoza əsasən, 2023-cü ildə "Brent"in orta qiyməti azalacaq və 72,3 dollar səviyyəsində qərarlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR