Avropa Komissiyası enerji qiymətləri ilə bağlı bazar qaydalarına riayət etməyə çağırıb

Avropa Komissiyası enerji qiymətləri ilə bağlı bazar qaydalarına riayət etməyə çağırıb
# 26 oktyabr 2021 16:38 (UTC +04:00)

Avropa istehlakçıları üçün elektrik enerjisinin qiymətlərinin aşağı salınması ilə bağlı (qazın qiymətinin kəskin artması fonunda – red.) bəzi Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən tətbiq edilən tədbirlər müvəqqəti olmalı və vahid bazar qaydaları çərçivəsində həyata keçirilməlidir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu İqtisadiyyat üzrə Avropa komissarı Paolo Centiloni deyib.

"İspaniya da daxil olmaqla, bir neçə Aİ dövləti təsirləri azaltmaq üçün vergi güzəştləri də daxil olmaqla tədbirlər görüb və bu tədbirlər yaxın aylarda da davam edə bilər", - P. Centiloni qeyd edib.

Bundan əlavə, P. Centiloni xatırladıb ki, Avropa Komissiyası oktyabrın ortalarında Aİ ölkələrinin hakimiyyət orqanlarına artan enerji xərclərini qismən ödəməyi, ödənişlərin təxirə salınmasına icazə verməyi, əhalinin həssas qrupları üçün vergiləri azaltmağı, həmçinin şirkətlərə kömək etməyi təklif edib.

"Lakin eyni zamanda, bu tədbirlərin müvəqqəti olması və vahid bazar qaydalarına hörmət edilməsi vacibdir", - Avropa komissarı əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR