Avropa Komissiyası gələn ilin yaz mövsümünədək qazın qiymətinin azalacağını gözləyir

Avropa Komissiyası gələn ilin yaz mövsümünədək qazın qiymətinin azalacağını gözləyir
# 06 oktyabr 2021 15:02 (UTC +04:00)

Avropa Komissiyası Avropada qaz qiymətlərinin qışda yüksək səviyyədə qalacağını gözləyir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə energetika məsələləri Avropa komissarı Kadri Simson bildirib.

"Avropada qaz qiymətləri qışda yüksək olaraq qalacaq, onları 2022-ci ilin yazı üçü azalacağını gözləyirik", - K. Simson qeyd edib.

Xatırladaq ki, 6 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 700 dolları ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR