Avropa Komissiyası qaz və elektrik enerjisi qiymətlərinin ayırmasını dəstəkləyib

Avropa Komissiyası qaz və elektrik enerjisi qiymətlərinin ayırmasını dəstəkləyib
# 26 oktyabr 2021 13:02 (UTC +04:00)

Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton Fransanın qaz və elektrik enerjisi qiymətlərinin biri birindən ayırması ideyasını dəstəkləyib.

Bu barədə "APA-Economics" Rusiya mətbuatına istinadən xəbər verir.

"Düşünürəm ki, Fransa bu məsələni gündəmə gətirməklə düzgün addım atıb. Biz hər 5-10 ildən bir enerji böhranı ilə üzləşirik", - T. Breton qeyd edib.

Eyni zamanda, Avropa komissarı Avropa İttifaqı ölkələrinin birgə qaz alması ideyasının effektivliyini şübhə altına alıb: "Bu, yalnız ideyadır, onun effektiv olub-olmayacağını bilmirəm. İdeya İspaniya tərəfindən təklif edilib. onu nəzərdən keçirəcəyik".

Qeyd edək ki çərşənbə axşamı Avropa İttifaqı ölkələrinin energetika nazirləri fövqəladə iclasda qazın qiyməti ilə bağlı vəziyyəti müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR