Avropada anbarlardan qazın çıxarılması orta göstəricini 19% üstələyib

Avropada anbarlardan qazın çıxarılması orta göstəricini 19% üstələyib
# 08 dekabr 2021 16:46 (UTC +04:00)

Avropa ölkələri bu il yeraltı anbarlara vurulan qaz həcminin 25,6%-ni istifadə edib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının açıqlamasında deyilir.

Dekabrın 6-na olan məlumata görə, Avropanın yeraltı qaz anbarlarının dolum səviyyəsi 65,45% və ya 70,65 mlrd. kubmetr civarında olub.

Qeyd olunur ki, dekabrın 1-dən 6-dək Avropanın yeraltı anbarlarından qazın çıxarılma səviyyəsi müşahidələr tarixində bu dövr üzrə orta göstəricidən 19% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR