Avropada qazın qiyməti 1 000 dollardan aşağı düşüb

Avropada qazın qiyməti 1 000 dollardan aşağı düşüb
# 28 oktyabr 2021 11:12 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarından aşağı düşüb.

Məlumata görə, 28 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 956 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 8% azdır.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR