Avropada qazın qiyməti 1 000 dollardan aşağı enib

Avropada qazın qiyməti 1 000 dollardan aşağı enib
# 07 oktyabr 2021 11:57 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarından aşağı düşüb.

Bu barədə "APA-Economics" birja xəbərlərinə istinadən məlumat verir.

Məlumata görə, 7 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 973 dollar təşkil edib, bu da çərşənbə axşamı üzrə hesablama qiyməti ilə müqayisədə 22% azdır.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR