Avropada qazın qiyməti 1 000 dollardan aşağı enib

Avropada qazın qiyməti 1 000 dollardan aşağı enib
# 06 dekabr 2021 13:12 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 000 ABŞ dollarından aşağı düşüb.

"APA-Economics"in məlumatına görə, 6 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 994 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 4%-dən artıq azalma deməkdir.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR