Avropada qazın qiyməti 1 150 dollaradək enib

Avropada qazın qiyməti 1 150 dollaradək enib
# 09 dekabr 2021 12:08 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 150 ABŞ dollarından aşağı düşüb.

"APA-Economics"in məlumatına görə, 9 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 151 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3%-dən artıq azalma deməkdir.

Qeyd edək ki, dünən Avropada qazın qiyməti 1 000 kubmetr üçün 1 200 dollar artıq səviyyəsində sabitləşmişdi.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR