Avropada qazın qiyməti 1 180 dollara yaxınlaşıb - YENİLƏNİB-2

Avropada qazın qiyməti 1 180 dollara yaxınlaşıb - YENİLƏNİB-2
# 30 sentyabr 2021 15:33 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 1 180 ABŞ dollarına yaxınlaşıb.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 30 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 12,5%-dən artıq yüksələrək 1 178,6 dollara yaxınlaşıb.

***

11:50

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 100 ABŞ dolları həddini ötüb.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 30 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 5%-ə yaxın artaraq 1 101,6 dollara yaxınlaşıb.

***

10:43

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti yenidən 1 070 ABŞ dolları həddini ötüb.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 30 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti günün əvvəlindən 2,6% artaraq 1 072,96 dollara yaxınlaşıb.

Xatırladaq ki, son həftələr ərzində Avropada qazın qiymətində kəskin artım qeydə alınıb. Bu həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 000 dolları ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR