Avropada qazın qiyməti 1 200 dolları ötüb - YENİLƏNİB

Avropada qazın qiyməti 1 200 dolları ötüb - YENİLƏNİB
# 08 dekabr 2021 16:24 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 200 ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, 8 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 1 205 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 120,3 dollar) ilə müqayisədə 7,6%-dən çox artım deməkdir.

***

12:48

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 150 ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, 8 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 1 155 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3%-dən artıq artım deməkdir.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR