Avropada qazın qiyməti 1 700 dolları ötüb - YENİLƏNİB

Avropada qazın qiyməti 1 700 dolları ötüb - YENİLƏNİB
# 06 oktyabr 2021 12:38 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 700 ABŞ dollarını ötüb.

Bu barədə "APA-Economics" birja xəbərlərinə istinadən məlumat verir.

Məlumata görə, 6 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti çərşənbə axşamı üzrə hesablama qiyməti ilə müqayisədə 22% artıb.

***

10:34

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarına yaxınlaşıb.

Bu barədə "APA-Economics" birja xəbərlərinə istinadən məlumat verir.

Məlumata görə, 6 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 596,8 dollar təşkil edib.

Xatırladaq ki, bu həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 500 dollar həddini ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR