Avropada qazın qiyməti 670 dolları ötüb - YENİLƏNİB

Avropada qazın qiyməti 670 dolları ötüb - YENİLƏNİB
# 08 sentyabr 2021 16:30 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropa fyuçers bazarında qazın qiyməti yeni tarixi maksimuma çataraq, min kubmetr üçün 670 ABŞ dollarını ötüb.

Bu barədə "APA-Economics" hərracların məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, sentyabrın 8-də keçirilən ticarət sessiyasının əvvəlində Niderlandın TTF (Avropanın ən likvid virtual satın mərkəzi) indeksi üzrə oktyabr ayı üçün qaz fyuçerslərinin qiyməti min kubmetr üçün 661,6 ABŞ dolları olub, gün ərzində isə 649,1 dollaradək korrektə olunub. Lakin Bakı vaxtı ilə saat 14:12-də sözügedən göstərici 672,3 dollara çatıb.

Xatırladaq ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb.

***

11:13

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın qiyməti min kubmetr üçün 660 ABŞ dolları həddini ötüb.

Bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 8 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt/saat üçün 54,6 avro təşkil edib (bir kubmetr üçün təqribən 662 dolar).

Qeyd olunur ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR