Avropada qazın qiyməti 690 dollara yaxınlaşıb - YENİLƏNİB

Avropada qazın qiyməti 690 dollara yaxınlaşıb - YENİLƏNİB
# 09 sentyabr 2021 17:31 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın qiyməti min kubmetr üçün 690 ABŞ dollarına yaxınlaşıb.

Bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 9 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt-saat üçün 56,345 avro təşkil edib (bir kubmetr üçün təqribən 690 dollar).

Xatırladaq ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb.

***

16:23

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın qiyməti min kubmetr üçün 680 ABŞ dollarına çatıb.

Bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 9 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt-saat üçün 56,105 avro təşkil edib (bir kubmetr üçün təqribən 680 dolar).

Xatırladaq ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb.

***

11:25

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın qiyməti min kubmetr üçün 675 ABŞ dolları həddini ötüb.

Bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 9 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində min kVt-saat üçün 55,85 avro təşkil edib (bir kubmetr üçün təqribən 676 dolar).

Qeyd olunur ki, avqustun 30-da Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 600 dolları ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR