Avropada qazın qiyməti 930 dolları ötüb - YENİLƏNİB

Avropada qazın qiyməti 930 dolları ötüb - YENİLƏNİB
# 27 sentyabr 2021 17:45 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 930 ABŞ dolları həddini keçib.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, hərrac zamanı qazın qiyməti 9% artaraq 930,5 dollara çatıb.

Xatırladaq ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Əgər bir ay əvvəl TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti 500 dolları üstələyirdisə, 15 sentyabr tarixində tarixi rekordu qıraraq 960 dollardan artıq olub.

***

13:20

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti yenidən 900 ABŞ dollarına yaxınlaşıb.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 21 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti 895,3 dollara yaxınlaşıb. Hərracların açıldığı vaxt bu göstərici 853 dollara yaxın idi.

Xatırladaq ki, son həftələr Avropada qazın qiyməti kəskin artmağa başlayıb. Əgər bir ay əvvəl TTF indeksi ilə qazın 1 000 kubmetrinin qiyməti 500 dolları üstələyirdisə, 15 sentyabr tarixində tarixi rekordu qıraraq 960 dollardan artıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR