Avropada qazın qiyməti oktyabrın sonundan ilk dəfə 1 100 dollardan aşağı enib

Avropada qazın qiyməti oktyabrın sonundan ilk dəfə 1 100 dollardan aşağı enib
# 18 noyabr 2021 12:54 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 100 ABŞ dollarından aşağı düşüb.

"APA-Economics"in məlumatına görə, 18 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 1 072 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 3,4% azdır.

Qeyd edək ki, son dörd ticarət günü ərzində TTF bazasında qazın fyuçers qiymətləri 25% artaraq 1 110 dollaradək yüksəlib.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR