Avropada qazın qiyməti rekord həddə çatıb

Avropada qazın qiyməti rekord həddə çatıb
# 29 iyul 2021 11:59 (UTC +04:00)

Avropa spot bazarında (real satış bazarı) qazın qiyməti rekord qıraraq min kubmetr üçün 480 dolları keçib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Niderlandın “Title Transfer Facility” (TTF) satış mərkəzində təbii qazın min kubmetr üçün bir gün öncədən alış qiyməti 484 dollar (+5%) təşkil edib.

Qeyd olunur ki, həftənin əvvəlində Avropa bazarında təbii qazın min kubmetr üçün qiyməti 433 dollar, ötən ayın sonunda isə 360 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR