Avropada qazın qiyməti sentyabrın 17-dən ilk dəfə 800 dollardan aşağı enib - YENİLƏNİB

Avropada qazın qiyməti sentyabrın 17-dən ilk dəfə 800 dollardan aşağı enib - YENİLƏNİB
# 29 oktyabr 2021 17:01 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 17 sentyabr tarixindən ilk dəfə olaraq 800 ABŞ dollarından aşağı düşüb.

"APA-Economics"in məlumatına görə, 29 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti gün ərzində 14% azalaraq 795,8 dollar təşkil edib.

***

15:45

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 850 ABŞ dollarından aşağı düşüb.

Məlumata görə, 29 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti gün ərzində 9% azalaraq 844,9 dollar təşkil edib

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR