Avropada qazın qiyməti tarixi maksimumu yeniləyib  

Avropada qazın qiyməti tarixi maksimumu yeniləyib  
# 02 sentyabr 2021 10:08 (UTC +04:00)

Avropa fyuçers bazarında qazın qiyməti çərşənbə günü yeni tarixi maksimuma çataraq, min kubmetr üçün 645 ABŞ dollarını ötüb.

Bu barədə "APA-Economics" hərracların məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, gün ərzində Avropanın ən likvid satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti min kubmetr üçün 645,9 dollara çatıb və ticarət sessiyasının sonunda təxminən 605,9 dollar olub. Beləliklə, gün ərzində qiymətlər 6,2% korrektə olunub.

Qeyd olunur ki, TTF-də cümə axşamı çatdırılması şərti ilə "bir gün əvvəl" kontraktı üzrə qazın min kubmetr üçün spot qiymətində bir qədər azalma müşahidə edilib və nəticədə qiymət 608,2 dollara enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR