Avropada qazın qiyməti tarixi rekordu yeniləyib

Avropada qazın qiyməti tarixi rekordu yeniləyib
# 01 oktyabr 2021 11:22 (UTC +04:00)

Bu gün hərracların açılışı zamanı Avropada qazın min kubmetrinin qiyməti demək olar ki 1 200 ABŞ dolları həddinə çatıb.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 1 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 199,4 dollar təşkil edib.

Xatırladaq ki, son həftələr ərzində Avropada qazın qiymətində kəskin artım qeydə alınıb. Bu həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 100 dollar həddini ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR