Avropada qazın qiyməti yenidən 1 000 dolları ötüb - YENİLƏNİB

Avropada qazın qiyməti yenidən 1 000 dolları ötüb - YENİLƏNİB
# 23 noyabr 2021 14:24 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 000 ABŞ dollarını ötüb.

"APA-Economics"in məlumatına görə, 23 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti 1 056 dollara çatıb ki, bu da öncəki hesablama qiymətindən 6% çoxdur.

***

12:33

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 960-990 ABŞ dolları civarında ticarət olunur.

"APA-Economics"in məlumatına görə, 23 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti təxminən 1 000 dollara çatıb, bu da öncəki hesablama qiymətinə bərabərdir.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR