Avropada qazın qiyməti yenidən 1 200 dolları keçib

Avropada qazın qiyməti yenidən 1 200 dolları keçib
# 04 oktyabr 2021 14:53 (UTC +04:00)

Bu gün hərracların açılışı zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti 1 200 ABŞ dolları ötüb.

Bu barədə "APA-Economics" birja xəbərlərinə istinadən məlumat verir.

Məlumata görə, 4 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 200,36 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 100 dollar həddini ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR