Avropada sənaye istehsalı cüzi artıb

Avropada sənaye istehsalı cüzi artıb
# 13 may 2021 12:30 (UTC +04:00)

2021-ci ilin mart ayında Avrozonada sənaye istehsalı aylıq 0,1%, illik isə 10,9% artıb.

"APA-Economics"in "Eurostat"a istinadən verdiyi məlumata görə, Avrozonada olan ölkələr arasında sənaye istehsalının ən yüksək aylıq artımı Danimarka (4,9%), Litva (4,5%) və Bolqarıstanda (3,7%) qeydə alınıb. İstehsalda ən kəskin aylıq azalmalar isə Lüksemburq (-4,4%) Belçika (-4%) və Finlandiyada (-2,1%) müşahidə edilib.

İllik müqayisədə gəldikdə, sözügedən sektorda ən güclü irəliləyişə İtaliya (37,7%), Slovakiya (24,5%), Macarıstan və Polşa (hər ikisi 16,3%) nail olub. Finlandiya və Malta isə ötən ilin eyni ayı ilə müqayisədə hələdə sənaye istehsalını tam bərpa edə bilməyiblər və bu ölkələrdə istehsal müvafiq olaraq 2,8% və 2,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR