Avropada təbii qaz 1 100 dollar civarında satılır

Avropada təbii qaz 1 100 dollar civarında satılır
# 19 noyabr 2021 12:45 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dolları civarında ticarət olunur.

"APA-Economics"in məlumatına görə, 19 noyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) dekabr fyuçerslərinin qiyməti hərracların açılışından sonra ilk 40 dəqiqə ərzində 1 111 dollara çatıb. Lakın sonra qeyd olunan göstərici 1 058,5 dollaradək enib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5,6% azdır.

Qeyd edək ki, son beş ticarət günü ərzində TTF bazasında qazın fyuçers qiymətləri 25% artaraq 1 121,8 dollaradək yüksəlib.

Xatırladaq ki, 6 oktyabr tarixində TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 2 000 dollara yaxınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR