Avropadakı qaz böhranı neftə tələbatı artıra bilər - PROQNOZ

Avropadakı qaz böhranı neftə tələbatı artıra bilər - PROQNOZ
# 22 sentyabr 2021 16:08 (UTC +04:00)

Avropa bazarında təbii qaz çatışmazlığı istehlakçıları alternativ enerji daşıyıcılarına üz tutmağa məcbur etdiyi üçün neftə olan tələbatın artacağı ehtimalı var.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu İraqın neft naziri İhsan Abd al-Cabbar deyib.

Avropa fyuçers bazarında qazın qiymətləri rekord həddədir. Sentyabrın 15-də keçirilən ticarət sessiyasında kotirovkalar rekord səviyyəyə – 963,9 ABŞ dollarına çatıb. Sonradan qiymətlər kəskin dalğalanırdı və hazırda fyuçerslərin qiyməti 100 dollar aşağıdır.

"Qaz böhranının neftə olan tələbatı artıra biləcəyi təhlükəsi var", - nazir qeyd edib.

İhsan Abd al-Cabbar ehtiyac yarandığı halda, İraqın neft hasilatını artırmağa hazır olduğunu da vurğulayıb.

İraqlı nazirin fikri ilə Nigeriya Milli Neft Korporasiyasının rəhbəri Mele Kyari da razıdır. O, qaz böhranının neftə olan gündəlik tələbatının 1 mln. barel artmasına səbəb ola biləcəyini təxmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR