Azərbaycan 2022-2023-cü illərdə neft hasilatını artıracaq

Azərbaycan 2022-2023-cü illərdə neft hasilatını artıracaq
# 05 noyabr 2021 12:39 (UTC +04:00)

Gələn il Azərbaycanda 34 830,3 min ton neftin hasil olunacağı proqnozlaşdırılır ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 0,71% çoxdur.

"APA-Economics" məlumatına görə, bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə 34 585,4 min ton neft hasil edilib.

Verilən proqnoza əsasən, 2023-cü ildə respublikada neft hasilatının artması dava edəcək və 35 752,7 min ton təşkil edəcək.

Buna baxmayaraq, 2024-2025-ci illərdə Azərbaycanda neftin istehsalı üzrə azalma müşahidə olunacağı ehtimal edilir. Belə ki, 2024-cü və 2025-ci illərdə sözügedən göstərici müvafiq olaraq 35 672 min ton və 34 707,6 min ton təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR