Azərbaycan 2026-cı ilədək qızıl hasilatını iki dəfə artıracaq - CƏDVƏL

Azərbaycan 2026-cı ilədək qızıl hasilatını iki dəfə artıracaq - CƏDVƏL
# 05 noyabr 2021 13:37 (UTC +04:00)

Azərbaycanda 2025-ci ildə qızıl filiz və konsentratların hasilatının 7 778,5 kq çatacağı proqnozlaşdırılır ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfəyə yaxın çoxdur.

"APA-Economics"in məlumatına görə, bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda 3 571,5 kq qızıl filiz və konsentratları hasil edilib.

Gözləntilərə görə, 2022-2025-ci illərdə respublikada qızıl filiz və konsentratların hasilatı tədricən artacaq.

Proqnoza əsasən, Azərbaycanda 2025-ci ildə 3 491,4 ton mis filizləri istehsal olunacaq, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 32,2% çoxdur.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda 2 641,6 mis filiz və konsentratları hasil edilib.

Proqnoz göstəricilərinə əsasən, 2022-2024-cü illərdə respublikada qızıl filiz və konsentratların hasilatı tədricən artacaq, 2025-ci ildə isə azalacaq.

Azərbaycanda metal filizlərin hasilat dinamikası:

2022-ci il

2023-cü il

2024-cü il

2025-ci il

Qızıl filizləri və konsentratları (kq)

4 823

5 926,4

7 247,4

7 778,5

Mis filizləri (ton)

2 556,4

2 630,7

3 879,3

3 491,4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR