Azərbaycan 2030-cu ilədək qaz emissiyalarını 35% azaltmağı hədəfləyib

Rauf Hacıyev

© APA | Rauf Hacıyev

# 22 oktyabr 2021 11:47 (UTC +04:00)

1990-cı illə müqayisədə 2030-cu ilədək Azərbaycanda istilik effekti yaradan qaz emissiyalarının səviyyəsinin 35% azaldılması hədəflənir.

"APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən BMT gününə həsr olunmuş konfransda çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda milli səviyyədə müəyyən edilən töhfələr sənədi yenidən baxılmaqdadır və bu hədəfin daha da artırılması istisna edilmir.

"İqlim dəyişikliyinin təsirləri ölkəmizdə də özünü anomal hidrometeoroloji hadisələrin intensivliyinin artması ilə büruzə verir. Bu da adekvat adaptasiya tədbirlərini ön plana çəkir. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlılığın təmin etmək məqsədilə Azərbaycanda erkən xəbərdarlıq sistemi təkmilləşdirilir", - deyə nazir müavini əlavə edib.

R. Hacıyev onu da bildirib ki, işğaldan azad edilən ərazilərdə icra olunan "ağıllı şəhər" və "ağıllı kənd" layihələri, "yaşıl enerji" zonasının yaradılması bilavasitə qlobal iqlim dəyişmələrinin yumşaldılması üzrə təşəbbüslərə töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR