Azərbaycan avqustda "OPEC+" öhdəliyini artıqlaması ilə yerinə yetirib

Azərbaycan avqustda "OPEC+" öhdəliyini artıqlaması ilə yerinə yetirib
# 10 sentyabr 2021 17:00 (UTC +04:00)

Bu ilin avqust ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 711,6 min barel olub. Bunun 596,1 min barelini xam neft, 115,5 min barelini isə kondensat təşkil edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “OPEC+” ölkələri nazirlərinin bu ilin iyul ayında qəbul edilmiş qərarına əsasən, Azərbaycanın hasilatın azaldılması üzrə öhdəliyinin avqustda 91 min barel təşkil etməsi, gündəlik xam neft hasilatının isə iyul ayına nisbətən 7 min barel artırılmaqla 627 min barel həcminə çatdırılması nəzərdə tutulurdu.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Qərarın qüvvəyə minməsi ilə Azərbaycan gündəlik xam neft hasilatını hər ay, təxminən, 7 min barel artırmaq, müvafiq olaraq da ixtisarlarla bağlı öhdəliklərini azaltmaq imkanı əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR