Azərbaycan Avropa ölkələrinə neft ixracını artırıb - RENKİNQ

Azərbaycan Avropa ölkələrinə neft ixracını artırıb - <span class="red_color">RENKİNQ
# 22 iyun 2021 17:00 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycandan Avropa ölkələrinə ümumi dəyəri 3,585 mlrd. ABŞ dolları təşkil edən 8 797 819,46 ton neft idxal edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, Avropaya göndərilən neftin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,8%, dəyəri isə 7,6% artıb.

Avropa ölkələri arasında Azərbaycan neftinin ən iri idxalçısı İtaliya olub. Cari ilin ilk beş ayında İtaliya Azərbaycandan 2,450 mlrd. dollar dəyərində 5 982 918,16 ton neft idxal edib ki, bu da illik müqayisədə həcm ifadəsində 3,3%, dəyər ifadəsində isə 1,6% çoxdur.

Qeyd edək ki, Azərbaycanın Avropa neft ixracı bazarında ikinci yerdə qərarlaşan İspaniya isə hesabat dövründə ölkədən 338,982 mln. dollarlıq 865 947,16 neft idxal edib, bu da illik müqayisədə həcm ifadəsində 4 dəfə, dəyər ifadəsində isə 3,5 dəfə çoxdur.

Azərbaycandan 2021-ci ilin yanvar-may aylarında neft idxalı həyata keçirən Avropa ölkələrinin renkinqi:

#

Ölkələr

Həcm, ton

İllik dinamika

Dəyər, mln. $

İllik dinamika

1

İtaliya

5 982 918,16

3,3%

2 449,86

1,6%

2

İspaniya

865 947,16

4 dəfə

338,98

3,5 dəfə

3

Ukrayna

480 800,72

-29,4%

173,24

-6,4%

4

Portuqaliya

451 184,17

31,2%

193,47

48%

5

Xorvatiya

444 811,96

-34,6%

177,19

-15,5%

6

Böyük Britaniya

270 508,23

-

124,68

-

7

Almaniya

91 823,81

-3,1 dəfə

37,38

-2,8 dəfə

8

İrlandiya

87 840,9

-

41,73

-

9

Rumıniya

84 725,08

-7,6%

30,58

-17,4%

10

Çexiya

37 259,27

-10,5 dəfə

17,56

-9 dəfə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR