Azərbaycan bu il 25 ölkəyə 20 mln. tondan çox neft ixrac edib - REYTİNQ

Azərbaycan bu il 25 ölkəyə 20 mln. tondan çox neft ixrac edib - REYTİNQ
# 18 oktyabr 2021 12:42 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 4 323 731,35 min ABŞ dolları dəyərində 9 542 983,86 ton neft ixrac edib. Bununla da, İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İspaniya qərarlaşıb. Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 552 660,7 min dollar dəyərində 1 270 845,01 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Xorvatiya tutub. Yanvar-sentyabr aylarında bu ölkəyə 547 839,18 min dollar dəyərində 1 162 326,39 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, Azərbaycan bu ilin yanvar-avqust aylarında 25 ölkəyə 9 302 613,35 min dollarlıq 20 542 983,86 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi təqdim edir:

#

Ölkələr

Miqdar, ton

Məbləğ, min $

-

Cəmi

20 281 699,31

9 302 613,29

1

İtaliya

9 542 983,86

4 323 731,35

2

İspaniya

1 270 845.01

552 660,7

3

Xorvatiya

1 162 326,39

547 839,18

4

Hindistan

1 122 729,85

496 009,13

5

İsrail

1 069 357

510 160,35

6

Portuqaliya

803 642,95

382 590,15

7

Tunis

658 063,35

306 350,06

8

Ukrayna

649 817.80

268 290,54

9

Böyük Britaniya

624 005,43

312 493,08

10

Belarus

452 234,57

216 137,67

11

Almaniya

442 048,62

216 300,05

12

Kanada

416 119,36

214 757.33

13

Türkiyə

411 174,05

176 203.46

14

Çin

277 516,67

102 592,36

15

Tailand

277 100,94

134 110,72

16

Çexiya

209 154,16

107 090,27

17

Rumıniya

173 781,81

80 876,89

18

İndoneziya

173 504,81

87 124,86

19

Vyetnam

139 699,64

72 728,56

20

Fransa

91 755,21

45 737,11

21

İsveçrə

90 283,35

48 391,61

22

İrlandiya

87 840,9

41 737,54

23

Avstriya

80 008,75

37 460,90

24

Avstraliya

54 975,82

20 884,24

25

Rusiya

729,02

355,2

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR