Azərbaycan bu il Avropaya 1,5 mlrd. dollarlıq qaz ixrac edib

Azərbaycan bu il Avropaya 1,5 mlrd. dollarlıq qaz ixrac edib
# 18 oktyabr 2021 11:23 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Avropaya 1 457 289,84 min ABŞ dolları dəyərində 4 663 232,93 min kubmetr həcmində qaz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi gəstəricilər əsasında apardığı hesablamalarına görə, Avropaya ixrac edilən qazın 3 995 423,01 min kubmetri (1 267 989,55 min dollar dəyərində) İtaliyanın, 501 732,34 kubmetri (163 782,07 min dollar) Yunanıstanın, 166 077,57 min kubmetri isə (25 518,22 min dollar) Bolqarıstanın payına düşüb.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 1 206 735,62 min dollarlıq 7 832 926,6 kubmetr qaz ixrac edib. Yanvar-sentyabr aylarında Azərbaycan Gürcüstana 280 998,2 min dollar dəyərində 2 261 574,34 kubmetr qaz nəql edib. Bununla yanaşı, hesabat dövründə Azərbaycan İrana 6 429,57 min dollar dəyərində 169 394,96 kubmetr qaz ixrac edib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR