Azərbaycan dizel yanacağının istehsalını kəskin artırıb - CƏDVƏL

Heydər Əliyev adına NEZ

© APA | Heydər Əliyev adına NEZ

# 19 oktyabr 2021 12:24 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 282 mln. manat olub, bu da illik müqayisədə 17,7 % çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 92,2 %, sürtkü yağlarının istehsalı 63,9%, neft koksunun istehsalı 34,3%, dizel yanacağının istehsalı 22,1%, neft bitumunun istehsalı 9,3%, avtomobil benzininin istehsalı 7,4% artıb.

Qeyd olunur ki, ilin yanvar-sentyabr aylarında respublikada yanacaq mazutunun istehsalı isə 23,6% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

Yanvar-sentyabr, 2021

İllik müqayisə, %

Avtomobil benzini, min ton

915,2

107,4

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

311,2

192,2

Ağ neft, min ton

377,5

105,8

Dizel yanacağı, min ton

1 883,1

122,1

Yanacaq mazutu, min ton

32,4

76,4

Sürtkü yağları, min ton

39,5

163,9

Neft bitumu, min ton

275,4

109,3

Neft koksu, min ton

198,3

134,3

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR