Azərbaycan elektrik enerjisinin istehsalını artırıb

Azərbaycan elektrik enerjisinin istehsalını artırıb
# 19 may 2021 16:47 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 8 383 mln. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin dörd ayı ilə müqayisədə 1,3% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-aprel aylarında 8 123,8 mln. kVt-saat təşkil edib (artım 1,4%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilə edilən elektrik enerjinin 7 652,4 mln. kVt-saat istilik (artım 0,3%), 427,7 mln. kVt-saat su elektrik (artım 28,1%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR