Azərbaycan elektrik enerjisinin ixracını 27% artırıb

Azərbaycan elektrik enerjisinin ixracını 27% artırıb
# 18 oktyabr 2021 12:50 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 37 749,35 min ABŞ dolları 934 776,07 min kVt-saat elektrik enerjisi ixrac edib.

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 27,3%, həcmi isə 13,8% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 59 802,34 min ABŞ dolları dəyərində 1 323 516,99 min kVt-saat elektrik enerjisi ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi elektrik enerjisinin dəyəri 2019-cu ilin göstəricisi ilə müqayisədə 22,2%, həcmi isə 25,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR