Azərbaycan əmtəəlik qaz hasilatını 7,7% artırıb

Azərbaycan əmtəəlik qaz hasilatını 7,7% artırıb
# 14 iyun 2021 16:56 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 11,8 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-may aylarına nisbətən 5,6% azalıb.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən verdiyi məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 14,3 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 12,5 mlrd. kubmetr təşkil edib. Əmtəəlik neft hasilatı 5,9% azalıb, əmtəəlik qaz hasilatı isə 7,7% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR