Azərbaycan enerji ötürücü və paylayıcı sistemlərində itkiləri azaldacaq

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 02 dekabr 2021 14:27 (UTC +04:00)

“Qarşıdakı illərdə enerji təchizatı və enerji istehlakı sahələrində enerjiyə yüksək səviyyədə qənaət edilməsi, ötürücü və paylayıcı sistemlərdə itkilərin isə müvafiq olaraq 2% və 8%-dək azaldılması əsas hədəflərimizdəndir”.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu nazir Pərviz Şahbazov Azərbaycanın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına sədrliyi ilə videokonfrans formatında V Enerji İnvestisiya Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, enerji səmərəliliyi ilə bağlı prosesin sürəti siyasi dəstəklə bərabər maliyyələşmə ilə də bağlıdır.

“Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilə qədər “xalis sıfır emissiya”ya nail olmaq üçün dünyada enerji səmərəliliyinə ümumi illik investisiya 2030-cu ilə qədər üç dəfə artırılmalıdır”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR